YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli qurultay iştirakçısı: Prezident İlham Əliyev dünya azərbaycanlıları üçün yeni bir fəaliyyət konsepsiyasının mexanizmini ortaya qoydu

Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan xalqının işıqlı gələcəyinə dəstək olmaq, yardım göstərmək üçün yeni bir formul yaratdı. Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı, iştirakçılara göstərdiyi səmimiyyət, fəaliyyəti ilə seçilən şəxslərin təltif edilməsi kimi məqamlar dünya azərbaycanlıları üçün yeni bir fəaliyyət konsepsiyasının mexanizmini ortaya qoydu.

Bunu Qurultayla bağlı fikir və mülahizələrini AZƏRTAC-la bölüşən İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) qadınlar təşkilatının rəhbəri Nebahat Kirman deyib. O vurğulayıb ki, Azərbaycan diasporunun tanınmış simalarının dövlətimizin başçısı tərəfindən təltif edilməsi bir tərəfdən hər kəsin zəhmətinə verilən ədalətli qiymətdirsə, başqa bir tərəfdən bütün soydaşlarımızda, həmçinin Azərbaycanı təmsil edən şəxslərdə dövlətimizə olan inam və etimadı daha da artırdı. N. Kirman bildirib: “Hamımızın böyük sevinclə qarşıladığımız bir həqiqət var: indi hər bir azərbaycanlının arxasında onun tam şəkildə güvənə biləcəyi qüdrətli Azərbaycan dövləti dayanır. Prezident İlham Əliyev açıq formada bildirdi ki, bu dövlətin gücünün artmasında və tanınmasında hər bir azərbaycanlı mənəvi məsuliyyət daşıyır. Əminəm ki, Azərbaycanı xarici ölkələrdə təmsil edən soydaşlarımız, o cümlədən bütün Azərbaycansevərlər bu həqiqətin işığında daha sıx birləşəcəklər”.