YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramiz Həsənov: Standartlaşma sahəsində il ərzində 1000-dən çox standart qəbul olunur

Standartlaşma sahəsində il ərzində 1000-dən çox standart qəbul olunur. Bu gün də dövlətlər arasında bu standartların qəbulu gözlənilir.

Bu sözləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri Ramiz Həsənov KİV-lərə müsahibəsində deyib.

O bildirib ki, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası 1992-ci ildə yaranıb və gələn il artıq 25 illiyi qeyd olunacaq. Dövlətlərarası Şuranın rəhbərləri ildə iki dəfə toplaşaraq vacib sahələr üzrə müzakirələr aparır, mühüm qərarlar qəbul edirlər. Şuraya hazırda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəhbərlik edir. İndi Bakıda keçirilən Dövlətlərarası Şuranın üzv dövlətlərinin 49-cu iclasında akkreditasiya, metrologiya sahəsində məsələlər müzakirə olunur. Bundan əvvəl isə bu müzakirələr texniki komitələrdə aparılır, sonra isə rəhbərlər səviyyəsində qərarlar verilirdi.

Sədr qeyd edib ki, akkreditasiya sahəsində Azərbaycan tərəfinin qarşısında duran başlıca vəzifə komitənin akkreditasiya etdiyi orqanlar və laboratoriyaların apardığı testlərin, sınaqların nəticələrinin, həmçinin metrologiya sahəsində etalon baza və laboratoriyaların dövlətlər arasında tanınmasıdır.