YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beş ayda dəmir yolu ilə 5,8 milyon ton yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-may aylarında 5,8 milyon ton yük, 742,9 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 23,5 faiz, sərnişin daşınmasında isə 19,6 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 417 vaqon yüklənib, 394 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,6 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.