YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

İyunun 27-dən iyulun 1-dək Bolqarıstanın Varna şəhərində Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Almaniyanın Oberammerqau şəhərində Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Gürcüstanın Saçxere şəhərində təməl yay dağ hazırlığı kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

 

DİGƏR Xəbərlər Arxiv