YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada QDİƏT Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyası keçiriləcək

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27-dən iyulun 1-dək Rusiya Federasiyasında səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Moskva şəhərində keçiriləcək toplantıda QDİƏT regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunması ilə əlaqədar müzakirələr keçiriləcək, quruma üzv dövlətlərdə qaçqınların vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.