YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Aslanlı: Azərbaycanın sığorta bazarında fəaliyyət göstərmək istəyən yerli və xarici investorlar üçün bütün normativ-hüquqi şərait mövcuddur

«Bu gün Azərbaycanın sığorta bazarında fəaliyyət göstərmək istəyən yerli və xarici investorlar üçün bütün normativ-hüquqi şərait mövcuddur». Bu fikri

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, ölkədə sığorta bazarının inkişafı üçün müvafiq işlər görülüb və görülməkdədir. Onun sözlərinə görə, son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb.

«Sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli işlər görülüb.  Bununla belə, əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir. Çünki  dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib. Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq. Risklərin transferi, sığorta və təkrarsığorta arasında münasibətlərin tənzimlənməsi və daha effektiv model üzərində çalışırıq»- deyə, R.Aslanlı qeyd edib.