YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada rəsmi qəbul keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar, Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Respublikası Silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, deputatlar, Xarici İşlər Nazirliyinin və digər rəsmi qurumların nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, diaspor, KİV və QHT mənsubları iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən bəhs edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrini diqqətə çatdırıb. O, Milli Ordumuzun 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın hərbi qüvvələrinə qarşı əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin birmənalı və qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verib.

Rəsmi qəbul ziyafətlə başa çatıb.