YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

İyunun 22-də Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində Silahlı Qüvvələrimizin yaranmasının 98-ci ildönümünə həsr olunmuş qəbul təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Avstriyanın dövlət himnləri himni səsləndirilib. Səfir Qalib İsrafilov və Azərbaycan Silahlı Qüvvələrinin Avstriyadaki hərbi attaşesi polkovnik Azər Salamov Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə danışıblar. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti tərəfindən qoyulub.

Səfir Qalib İsrafilov bildirib ki, hər bir dövlət üçün, xüsusilə müharibə şəraitində olan ölkələr üçün ordu quruculuğu xüsusi əhəmiyyət kəsb edir. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycan güclü və yüksək nizam-intizama malik ordu ilə yanaşı, hərbi sənayenin də inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Silahlı Qüvvələri dövlətimizi, vətəndaşlarımızın asayişini qoruyur, müstəqil xarici siyasət yürütməyimizi təmin edir.

Tədbir boyunca böyük ekranda təbliğat xarakterli video-çarx nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib.

Mərasim ziyafətlə başa çatıb.