YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP və TAP layihələri NATO-nun zirvə toplantısında əsas müzakirə mövzusu olacaq

İyulun 8-9-da Varşavada keçiriləcək NATO-nun zirvə toplantısının gündəmində enerji təhlükəsizliyi çərçivəsində Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri müzakirə ediləcək.

Bu barədə NATO-nun enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mişel Ruehle məlumat verib. O şərhində enerji təhlükəsizliyinin NATO-ya üzv ölkələr üçün əhəmiyyətli olduğunu deyib: “Üzv ölkələrin Rusiya qazından asılılığının azaldılması toplantıda əsas müzakirə mövzusu olacaq. Buna görə də TANAP və TAP enerji təchizatının şaxələndirilməsi baxımından çox əhəmiyyətli layihələrdir.