YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Zülfüqari: Azərbaycan ilə İran arasında təhlükəsizlik sahəsində əlaqələr yüksək səviyyədədir

İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində heç bir problem yoxdur. Rəsmi Tehranın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

Bu sözləri “Pars Today” saytına müsahibəsində İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.

Nazir müavini İranın şimal-qərbindəki vəziyyətə toxunaraq bildirib ki, hazırda bu bölgədə sabitlik bərpa olunub. Qeyd edib ki, İranda qeyri-leqal şəkildə çoxlu sayda Əfqanistan vətəndaşı yaşayır. Ötən il ölkə ərazisində qanunsuz yaşayan əfqanlar deportasiya edilib. Lakin gələnlərin sayı azalmır.

Diqqətə çatdırılıb ki, əgər 1 milyon əfqanlıya İranda yaşamaq hüququ verilirsə, onda hər gələn özü ilə bərabər bir nəfər də gətirir və bu da qanunsuz miqrantların sayını kəskin şəkildə artırır. H.Zülfüqari BMT-ni qanunsuz miqrasiyaya qarşı mübarizədə İrana yardım etməyə çağırıb.

Xatırladaq ki, İranın şimal-qərbində arabir terrorçu qruplaşmalarla ölkənin təhlükəsizlik qüvvələri arasında toqquşma baş verir.