YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl İsmayılov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

«Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır». Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, bu gün Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, artıq respublikamızın regionlarında da beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün müasir standartlara cavab verən olimpiya-idman kompleksləri tikilərək istifadəyə verilib.

«Hər il Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, beynəlxalq səviyyəli yarışların keçirilməsi ənənə halını alıb. Dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük qələbələr əldə edirlər»- deyə, nazir müavini vurğulayıb.