YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü: Uşaqları mənfi təsirlərdən qorumalıyıq

İyunun 21-də günün ikinci yarısında öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva “Uşaqların seksuallaşması ilə mübarizə” mövzusunda çıxış edib.

Milli Məclisin deputatı bildirib ki, müasir dövrdə bütün dövlətlərdə uşaqların seksuallaşması ilə mübarizə mövzusunun müzakirəsinə böyük ehtiyac var. İnformasiya texnologiyalarının inkişafı, media və reklam sənayesinin təsiri altında uşaqların dəyər sistemləri tamamilə dəyişir. Media vasitəsilə təqdim olunan stereotiplər onları ailə dəyərlərindən uzaqlaşdırır.

Qeyd edilib ki, “Mini miss” gözəllik müsabiqələrində, moda nümayişlərində balaca uşaqların böyüklər sayağı cazibədar görünməsi, musiqi və televiziya ulduzları kimi diqqət cəlb etməsi, seksual görünmələri uşaqların mənəviyyatına təsir edir. Belə uşaqların beyinlərində iki fərqli yanaşma formalaşır: biri ailə dəyərləri əsasında qurulan, digəri isə media və reklam sənayesinin təsiri nəticəsində formalaşan. Bu iki yanaşma bir-biri ilə mübarizədədir. Bu proses uşaqların həyatda düzgün istiqamətlənməsinə mane ola və gələcəkdə qeyri-normal həyat tərzinə apara bilər. Biz uşaqların tərbiyəsi zamanı onların uşaq kimi, yaşlarına uyğun həyat sürməsinə çalışmalıyıq və ailə, məktəb, hökumət səviyyəsində sağlam mühitin təmin olunması, media və reklam sənayesinə nəzarətin tətbiqi ilə onları medianın stereotiplərindən qorumalıyıq.