YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: “Formula-1” yarışları Azərbaycanın dünyada təbliği baxımından nüfuzlu idman tədbiridir

«Ölkəmizdə keçirilmiş “Formula-1” yarışları Azərbaycanın dünyada təbliği baxımından nüfuzlu idman tədbiridir». Bu fikri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, "Formula-1" yarışları Azərbaycanda keçirilməsi önəmlidir. Onun sözlərinə görə, dünyada cəmi 21 ölkədə keçirilən bu yarışlara Azərbaycanın ev sahibliyi etməsi ölkəmizdə siyasi, iqtisadi stabilliyi, təhlükəsizliyi, infrastrukturun mövcudluğunu göstərir.

«Bu yarışların yüksək səviyyədə keçirilməsi ölkəmizin mötəbər idman tədbirlərinin təşkilində xüsusi çəkisinin əyani sübutudur. Azərbaycanda mötəbər beynəlxalq  yarışın yüksək peşəkarlıqla  keçirilməsi ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir»- deyə, R.Abbasov qeyd edib.