YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zülfüqar Məmmədov: Azərbaycanın kifayət qədər taxıl ehtiyatları var

Bu gün Azərbaycanın kifayət qədər taxıl ehtiyatları var.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatlar Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.

Z.Məmmədov bildirib ki, iyunun 21-dən sentyabrın 1-dək Dövlət Taxıl Fonduna tədarük edilməsi üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru” və 15 məntəqədə Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyənləşdirilən keyfiyyət göstəricilərinə cavab verən buğda istehsalçılardan qiyməti bir ton üçün 250 manat olmaqla qəbul edilir.

Fondun rəisi deyib ki, taxıl istehsalçıları üçün hər cür şərait yaradılıb. İstehsalçılar üçün hər hansı çətinlik olarsa, FHN-in “qaynar xətt”inə müraciət edə bilərlər.

Bildirilib ki, keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.