YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eddi Cordan: Mənə demişdilər ki, Bakı maraqlı şəhər, oradakı tras maraqlı trasdır

“Mercedes AMG Petronas F1 Team” komandasının keçmiş rəhbəri, “Channel 4” kanalının aparıcısı Eddi Cordanın fikrincə, britaniyalı avtoyürüşçü, “Mercedes AMG Petronas F1 Team” komandasının pilotu, üçqat dünya çempionu (2008, 2014 və 2015-ci illər) Lyuis Hemilton Monako və Kanadada qazandığı qələbələrdən sonra Bakıda öz uğurunu daha da möhkəmlətməyə çalışacaq.

Eddi Cordan deyib: “Mənim fikrimcə, bu, möhtəşəm hadisə olacaq. Mənə demişdilər ki, Bakı maraqlı şəhər, oradakı tras maraqlı trasdır. Yürüş gündüz start götürür və axşama yaxın başa çatır. Hadisələrin necə inkişaf edəcəyini gözləyək. Lyuis Hemiltonun son qələbələri onun şəxsi hesabda geriliyini azaldıb. İndi o, nə uğrunda mübarizə apardığını bilir”.

Eddi Cordan “Channel 4” kanalından olan həmkarlarını tərifləyərək qeyd edib ki, onlar “Formula-1” yarışlarını ilk dəfə işıqlandırsalar da, bu işi əla səviyyədə görürlər.

Cordan deyib: “Bu, “Channel 4” üçün yeni sahədir, lakin onlar bu işin öhdəsindən çox yaxşı gəlir. Komanda çox xoşuma gəlir, axı mən əvvəllər həmin komanda ilə BBC-də işləmişəm. Li Makkinzini tanıyıram, onunla birgə işləmişik. Devid Kulthard son yeddi ildə mənim tərəfdaşım olub. Özümü onun xaç atası hesab edirəm. O, daim inkişaf edir və əla aparıcıya çevrilib. Keçən il Kulthard “İlin aparıcısı” mükafatı laureatı olanda mən təəccüblənmədim. Bu mükafatı yalnız əsl peşəkarlar ala bilər”.

 

DİGƏR Xəbərlər Arxiv