YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deyv Rayan: Bakı trası mükəmməldir, “uik-endin” maraqlı davamı gözlənilir

“Manor” komandasının yürüşçüləri iyunun 17-də Bakı trasında yaxşı təəssürat yaratmışdılar. “Mersedes” motorunun üstünlükləri şassinin qüsurlarını müəyyən dərəcədə kompensasiya edirdi.

Yürüş direktoru Deyv Rayan: “Cümə günü bir neçə müsbət əlamət gördük. Qüvvələr nisbətində müəyyən dəyişikliklər nəzərə alınmazsa, bütövlükdə hər şey gözləntilərə cavab verirdi. Rio və Paskal çətin trasın öhdəsindən bacarıqla gəldilər və öz işlərindən razı qala bilərlər.

Bu barədə inamla mühakimə yürütmək hələlik tezdir. Amma dünən biz “Renault” və “Sauber” kimi komandalarla mübarizə apara bildik, bu da “uik-endin” başlanğıcında nikbin ovqata əsas verir. Bununla belə, təsnifat yalnız sabahdır, biz maşından istədiyimizi almalıyıq. Odur ki, komandanın mühəndis və mexaniklərinin komendant saatına qədər görəcəyi işi çoxdur.

Bakı trası mükəmməldir, “uik-endin” davamı maraqlı olmağı vəd edir, xüsusən də asfaltın vəziyyəti sessiyadan sessiyaya yaxşılaşır”.

Rio Xaryanto: (18-ci): “Həqiqətən xoş gündür. Birinci və ikinci məşqləri müqayisə etsək, ikincidə biz rəqabətə daha davamlı olduq. Deməli, komanda düzgün istiqamətdə hərəkət edir.

Şinlərin keyfiyyətini daha yaxşı dəyərləndirmək üçün uzun sürən bir neçə seriya keçirdik. “SuperSoft” ilə bəzi çətinliklər yarandı, amma “Soft” la bağlı hər şey yaxşıdır. Yeni trasla tanışlığımdan razı qaldım. Belə görünür, biz burada yaxşı formada olmalıyıq”.

Paskal Vernlyayn (21-ci): “Tras xoşuma gəldi. O, həqiqətən çox maraqlıdır. Birinci məşqdə “Medium”un şinləri ilə vurduğum dövrələrdən razı qaldım, amma sessiyalar arasında komanda düzəlişlər etdi və bu düzəlişlər istədiyimiz kimi alınmadı. Şənbə gününün məşqində də hər şeyi təhlil etməli, ehtiyac olsa, əvvəlki varianta qayıtmalıyıq”.