YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi: Ağdaşda seçkilər tam demokratik keçir

Günortayadək Ağdaş şəhərində və kəndlərdəki 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağdaşda keçirilən Milli Məclisə təkrar seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda bildirib.

Sezar Florin Preda deyib: “Hər hansı qanun pozuntusu ilə rastlaşmamışam. Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm”.