YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Artıq informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistanı üstələyib

«Artıq informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistanı üstələyib. Bunun nəticəsidir ki, bəzi beynəlxalq təşkilatlarda, ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv sənədlər qəbul edirlər». Bu fikirləri yap.org.az saytına YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, Azərbaycan doğru yol tutub və bu yol ilə gedir. Onun sözlərinə görə,  dünyada bu gün güc iqtisadiyyatın, informasiya-kommunikasiya texnologiyalarının inkişafında özünü ifadə edir. Bu baxımdan, Azərbaycan doğru yoldadır.

«Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75-80 faizi Azərbaycana məxsusdur. Amma bununla arxayınlaşmaq olmaz. Əsas odur ki, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı böyük addımlarla irəli aparır. Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasındadır. Azərbaycanın əsas hədəfi odur ki, inkişaf etmiş ölkələrin sırasına qoşulsun. Yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Dünyada, xüsusilə Asiyada ölkəmizin bu nəticəyə gəlib çıxmasını təəccüblə qarşılayır və bizim inkişaf modelimizdən istifadə etməyə çalışırlar»- deyə, A.Hacıyev vurğulayıb.