YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Müdafiə Nazirliyinın mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.