YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni Azərbaycana səfər edəcək.

 Bu barədə P.Centiloni iyunun 13-də Roma şəhərində keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edərkən deyib. /Trend/

İtaliya xarici işləri Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edərək, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulayıb.

P.Centiloni ölkəsi ilə Azərbaycan arasında münasibətlərin son illərdə müntəzəm olaraq həm keyfiyyət, həm də həcm nöqteyi-nəzərdən artdığını, qarşılıqlı çoxsaylı səfərlərin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya həyata keçirilmiş səfərlərini qeyd edərək, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər edəcəyini bildirib.

İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Transadriatik qaz boru kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunun nazir P.Centiloni bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu qaz kəməri ilə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib.