YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Qurultay xaricdə yaşayan azərbaycanlılar üçün aydın fəaliyyət proqramını ortaya qoydu

«Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan azərbaycanlılar üçün aydın fəaliyyət proqramını ortaya qoydu». Bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda diaspor təşkilatlarımızın üzərinə düşən vəzifələrdən geniş bəhs edib. Onun sözlərinə görə, müasir dövrdə diasporumuz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir.

«Sadəcə bu imkanlardan səmərəli istifadə olunmalı, bu prosesdə müasir texnologiyalardan istifadə edilməlidir. Ən aktual məsələ isə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunmasıdır. Bu il aprel ayının əvvəlində Azərbaycan Ordusunun ermənilərə verdiyi dərsdən sonra düşmənlərimiz öz təxribatlarını daha da artırıb. Ona görə də, Azərbaycan diasporunun da qarşısında duran əsas vəzifələrdən biri informasiya müharibəsində tam üstünlük əldə etməkdir. Güman edirəm ki, diasporumuz bu yöndə uğurlu fəaliyyət göstərəcək»- deyə, N.Cəfərov vurğulayıb.