YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərib

«Sürətlə inkişaf edən Azərbaycanın bu yüksəlişində dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var». Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərib. Bu gün isə Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclərə olan diqqət və qayğısını əsirgəmir.

«Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb»- deyə, S.Orucov vurğulayıb.