YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqil Dövlətlər Birliyi – 25 il. 1991-2015” adlı statistik məcmuənin yubiley buraxılışı nəşr edilib

MDB Hökumət Başçıları Şurasının 30 oktyabr 2015-ci il tarixli qərarı ilə bəyənilmiş Birliyin 25 illiyinə həsr edilmiş Tədbirlər Planına və Birliyin iştirakçıları olan dövlətlərin Statistika Xidmətlərinin Rəhbərləri Şurasının MDB-nin 25 illiyinə həsr edilmiş Tədbirlər Planına müvafiq olaraq Birliyin Dövlətlərarası Statistika Komitəsi “Müstəqil Dövlətlər Birliyi – 25 il. 1991-2015” adlı statistik məcmuənin yubiley buraxılışını nəşr edib.

Məcmuədə 1991-2015-ci illər dövründə Birlik iştirakçısı olan dövlətlərin sosial-iqtisadi inkişafını xarakterizə edən makroiqtisadiyyat, sahəvi iqtisadiyyat, xarici ticarət və sosial sahə üzrə əsas göstəriciləri rəsmi müqayisəli statistik materiallar, əsas iqtisadi göstəricilərin beynəlxalq müqayisəsinə dair məlumatlar və qısa metodoloji izahatlar əks olunub.

Rus və ingilis dillərində nəşr edilmiş məcmuə Birliyin Dövlətlərarası və Hökumətlərarası orqanları, işgüzar adamlar, iqtisadçılar, statistika mütəxəssisləri və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv