YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlər 33,9 faiz çoxalıb

Cari ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki aprel ayı ilə müqayisədə 4 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 33,9 faiz artaraq 206 min 424-ə çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin müraciətlərin 194 min 438-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 11986-sı isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib.

Əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sistemi əmək münasibətlərinin elektron şəkildə qeydiyyatdan keçirilməsinə və əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə olunmasına xidmət edir. Ölkəmizdə sosial-iqtisadi idarəçilik sahəsində mühüm innovativ yeniliklərdən biri olan bu sistemin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb. Həmin vaxtdan hər bir bağlanan əmək müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq bildiriş formasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi prosesi həyata keçirilir.

Sistem həmçinin vətəndaşlara “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə etməklə onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.

Cari ilin 1 iyun tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 milyon 438 min 642 dəfə istifadə qeydə alınıb.