YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Usubov: Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir

Artıq neçə ildir ki, Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə deyib.

Nazir qeyd edib ki, 2013-cü il və cari ilin 6 ayı ərzində 31 mindən çox ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul edilib: "Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə fəaliyətinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir".

R.Usubov bildirib ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətləin orta illik açılması 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda la 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Nazir daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Əmin edirəm ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funkiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra əzmlə yerinə yetirəcək, göstərilən ali etimadı-andına sadiqliyi, xalqına, Vətəninə və prezidentinə sədaqətli xidməti ilə doğruldacaq".