YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb.

İyunun 20-dən 24-dək Strasburqda keçiriləcək sessiya çərçivəsində Estoniyanın Baş naziri Taavi Röivas və Yunanıstanın Baş naziri Aleksis Tsipras parlamentarilər qarşısında çıxış edəcəklər.

Sessiya zamanı Yunanıstanda qaçqın problemi, Türkiyədə demokratiya institutlarının fəaliyyəti, Avropa institutlarında şəffaflıq və açıqlıq, gender zorakılığına qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.

Estoniyanın xarici işlər naziri Marina Kalyuran Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabatla çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.