YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 137 milyon dollar sərmayə yatırıb

Cari ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırıb.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, siyahıda Azərbaycandan sonra 57 milyon dollarla Türkiyə, 44 milyon dollarla Böyük Britaniya yer alıb.

Gürcüstan iqtisadiyyatına yatırılan 376,4 milyon dollar xarici sərmayənin 53 faizi və ya 200 milyon dolları nəqliyyat və rabitə sektoruna yönəldilib.