YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Formula-1” Avropa Qran-prisinin könüllüləri üçün məkan üzrə təlim təşkil olunub

İyunun 9-da Bakı Biznes Mərkəzində “Formula-1” Avropa Qran-prisi könüllülərinin məkan üzrə təlimi təşkil olunub.

“Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən keçirilən təlimə 300-dək könüllü qatılıb.

Əvvəlcə iştirakçılara könüllü Nərmin Zeynallının müəllifi olduğu mahnı təqdim olunub. Könüllülükdən bəhs edən mahnının təqdimatından sonra Qran-pri və könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra könüllülərə məkanlar üzrə onlara rəhbərlik edəcək supervayzerlər təqdim olunub. Daha sonra yarış zamanı könüllülərin məkanlar üzrə fəaliyyəti və davranış qaydaları istiqamətində məlumat verilib.

Könüllülərin təlimlərinin üç istiqamətdə həyata keçirildiyini diqqətə çatdıran treninq üzrə əlaqələndirici Sevinc Cəfərova ümumi və rol üzrə mərhələlərin artıq başa çatdığını bildirib. Qeyd edib ki, məkan üzrə təlim sonuncudur. Bu mərhələdə könüllülər məkanlarla tanış olacaq, onlar üçün təqdimatlar təşkil ediləcək. Onlar təhlükəsizlik və müxtəlif məkanların qaydaları ilə məlumatlandırıldıqdan sonra öz supervayzer və komandaları ilə birgə məkan turuna çıxacaqlar.

Ümumilikdə 12 mindən artıq könüllünün qeydiyyatdan keçdiyini diqqətə çatdıran Sevinc Cəfərova könüllülərin öz məkanlarına uyğun təlim keçdiklərini vurğulayaraq deyib: “Heydər Əliyev Beynəlxalq Aeroportu və otellərdən əlavə, Bakı şəhər halqasının da üç zonası var ki, orada könüllülər fəaliyyət göstərəcək. Artıq könüllülər məkanlar üzrə bölünüb, onların iş cədvəli hazırlanıb. Onlar BŞH-nin saytına daxil olaraq öz iş cədvəlləri ilə tanış ola bilərlər. Rola və məkana görə iş cədvəlləri fərqlidir. Bəzi könüllülər iyunun 1-dən fəaliyyətə başlayıblar. Könüllülərin kütləvi fəaliyyətinə iyunun 13-də start veriləcək.