YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 milyonu ötdü

Ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların öz gələcək etibarlı pensiya təminatında fəal iştirakını, onların  bu məqsədlə fərdi hesablarında pensiya kapitalı toplamalarını stimullaşdırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artmaqda davam edir. Cari ilin may ayında bu artım 16 001 nəfər, yanvar-may aylarında isə 76 004 nəfər təşkil edib və fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 256 158 nəfərə çatıb.

Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 673 795 nəfər (20.7 faiz), 30-40 yaşlarında olanlar 821 854 nəfər (25.2 faiz), 40-50 yaşlarında olanlar 656 482 nəfər (20.1 faiz),  50-60 yaşlarında olanlar 689 168 nəfər (21.2 faiz) təşkil edir. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.  

Hər bir sığortaolunan vətəndaş onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək və öz pensiya kapitalına, eləcə də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanına da malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti əhalinin istifadəsindədir.

 

 

 

DİGƏR Xəbərlər Arxiv