YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qanunun məqsədi Azərbaycanda rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır

“Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların verdiyi təkliflərin uyğun gələnləri sənəddə nəzərə alınıb. Onun sözlərinə görə, layihəyə əsasən, kooperativlər fəaliyyət xarakterinə görə üç növdə yaradılacaq.

«İstehsal kooperativlərində görülən işlərin ən azı 70 faizi kooperativ tərəfindən yerinə yetirilməlidir. Burada muzdla işləyən işçilərin əməyindən də istifadə oluna bilər. Amma bu işçilərin sayı kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehlak kooperativləri kənd təsərrüfatı məhsullarının emalı, tədarükü, satışı, reklamı, sığortası və digər fəaliyyətləri ilə məşğul olacaq. İstehsal-istehlak kooperativləri isə kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı, istehlak kooperativlərinin fəaliyyət növlərindən bir və ya bir neçəsini yerinə yetirəcək. “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” fəslində dövlətin, bələdiyyələrin vəzifələri göstərilir. Belə ki, dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyənləşdiriləcək. Könüllü yaradılacaq kooperativlər demokratik əsaslarla idarə olunacaq və onların fəaliyyətinə üzvlər nəzarət edəcək»- deyə, komitə sədri vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv