YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycanın növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağına inanırıq

«Azərbaycanın növbəti yay olimpiya oyunlarında böyük uğurlar qazanacağına inanırıq». Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, iyunun 14-26-da Bakıda olimpiya oyunlarına son lisenziya yarışı keçiriləcək. Onun sözlərinə görə, yarışa 300-ə yaxın idmançı qatılacaq.

«Azərbaycan idmançılarının Braziliyada keçiriləcək yay olimpiya oyunlarında uğurlu çıxış edəcəyinə inanırıq. Əsas məqsədimiz isə medalların, o cümlədən qızıl medalların sayını artırmaqdır. İnarıram ki, idmançılarımız Azərbaycanın bayrağını bu möhtəşəm idman tədbirində də zirvələrə qaldıracaqlar»- deyə, A.Abiyev vurğulayıb.