YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Azərbaycanda kənd təsərrufatına dəstək verən ən böyük beynəlxalq təşkilatlardandır

“Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatı sektoruna dəstək verən ən böyük beynəlxalq təşkilatlardan biridir. Bizim hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə davam etməkdə olan layihəyə əsasən, 400 milyon ABŞ dolları məbləğində vəsait banklar vasitəsilə fermerlərə ayrılacaq”.

Bunu Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan müştərək işlərdən biri də elektron kənd təsərrüfatı proqramlarının, yəni torpaqlarla bağlı məlumat bazasının inkişaf etdirilməsidir. Bu da öz növbəsində subsidiyaların təkmilləşdirilməsinə gətirib çıxaracaq.

“Əməkdaşlıq etdiyimiz digər istiqamət təhsil sahəsidir. Kənd Təsərrüfatı Nazirliyi ilə texniki peşə məktəbləri üzrə kənd təsərrüfatı sahəsində təhsilin daha yüksək səviyyəyə çatdırılması istiqamətində birgə işləyirik. Baytarlıq xidməti sahəsində isə davam etməkdə olan tvinning layihəmiz mövcuddur. Bu heyvanların qida təhlükəsizliyinə yönəlmiş bir addımdır”,- deyə M.Mard vurğulayıb.