YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü işə başlayıb

İyunun 6-da Bakıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə 3-cü Donor Əlaqələndirmə Görüşü işə başlayıb.

20-dən çox beynəlxalq təşkilat və birlik təmsilçilərinin, xarici ölkə diplomatlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldığı tədbirin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə Azərbaycanda icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, aqrar sahədə mövcud trendləri müzakirə etmək, gələcək əməkdaşlıqların istiqamətini müəyyənləşdirməkdir.