YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlilliyi olan şəxslərdən daha 25 nəfər Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib

Ölkəmizdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə görülən işlər sırasında onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərdən daha 25 nəfəri Türkiyə Respublikasının Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına və bərpa-müalicələrinin təşkilinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.