YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seyfullah İlyas: Azərbaycanın “Formula-1” yarışına ev sahibliyi etməsi bizə gözəl imkanlar yaradır

Azərbaycanın “Formula-1” yarışına ev sahibliyi etməsi “Türk Hava Yolları” üçün gözəl imkanlar yaradır.

Bu sözləri “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

O bildirib ki, Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışlarına bütün dünyada böyük maraq var. Dünyanın hər bir nöqtəsindən insanların bu yarışı izləmək üçün Azərbaycana gəlmək istəyini nəzərə alaraq biz də öz işimizi qurmuşuq.

“Yarışları izləmək istəyən insanların çoxluğunu nəzərə alaraq irihəcmli təyyarələrimizdən istifadə edəcəyik. Həmçinin bu yarışla əlaqədar “Formula-1” təşkilatçıları ilə görüşlər keçirmişik. Onların tanıtımlarını, təqdimatlarını biz agentliklərimiz vasitəsilə xarici ölkə vətəndaşlarına çatdırırıq. Düşünürük ki, bu da xarici vətəndaşların yarışlara qatılmaq istəyini artıracaq”, - deyə S.İlyas vurğulayıb.

S.İlyas qeyd edib ki, Azərbaycanın bu cür mötəbər yarışlara ev sahibliyi etməsi bizim üçün də gözəl imkanlar yaradır. Azərbaycanın dünyanın diqqətində olması, insanların buraya axın etməsi bizim məsuliyyətimizi artırır və bu istiqamətdə addımlar atırıq. Fikrimcə Azərbaycanın dünyada tanıtımı üçün bu yarışlar çox əhəmiyyətlidir.

 

DİGƏR Xəbərlər Arxiv