YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiya Xəzərdə vaqon daşınması məqsədilə Qazaxıstan üçün iki bərə inşa edəcək

Xorvatiyanın gəmiqayırma zavodu Xəzər dənizində dəmiryolu vaqonlarını daşımaq məqsədilə Qazaxıstan üçün 2 bərə gəmisi inşa edəcək.

Bununla əlaqədar Xorvatiya və Qazaxıstan arasında müqavilə imzalanıb. “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Əskər Mamin bildirib ki, ölkəsi “Kurık” bərə kompleksinin tikintisinə başlayıb. “Bu çox vacib layihə tranzit potensialının inkişafına təkan verəcək. Biz Azərbaycan, Gürcüstan, Türkiyə, Çin tərəfdaşlarımızla birgə Transxəzər tranzit dəhlizini hazırlayırıq. Yüklərin daşınması üçün bizə bərə lazımdır. Bu gün biz iki bərənin inşası üçün müqavilə bağladıq və artıq gələn il birincisini, o biri il isə ikinci bərəni əldə edəcəyik”, - deyə o qeyd edib.

İyunun 4-ü Xorvatiya və Qazaxıstan şirkətləri Zaqrebdə bir sıra iqtisadi sahələr üzrə 260 milyon avro məbləğində sərmayə müqavilələri imzalayıblar. İmzalanma mərasimində Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç də iştirak edib.