YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurultay dünya azərbaycanlılarının birliyinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq

Dünya Azərbaycanlılarının IV Qurultayı dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Bu fikri AZƏRTAC-a müsahibəsində qurultayın iştirakçısı, Niderlandda yaşayan həmvətənimiz Vüqar Abbasov bildirib. O deyib ki, qurultayda Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, əlaqələndirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldı, maraqlı təkliflər irəli sürüldü. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələndirməni daha da möhkəmləndirmək üçün gözəl imkan yaradır. Prezident İlham Əliyevin qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və Azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Biz Azərbaycan həqiqətlərinin dünyada yayılmasında səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

 

DİGƏR Xəbərlər Arxiv