YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: 2016-cı ilin ötən dövrü ərzində sahibkarlara 56,8 milyon manat güzəştli kredit verilib

«2016-cı ilin ötən dövrü ərzində fond tərəfindən 1040-a yaxın sahibkara güzəştli kredit verilib». Bu fikri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, verilən kreditlərin həcmi 56,8 milyon manatdır. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

«İndiyədək  təkcə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib»- deyə, Ş.Abdullayev vurğulayıb.