YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaliq Məmmədov: SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib

“Artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib”. 

Bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib.

X.Məmmədov qeyd edib ki, bu gün SOCAR işə qəbul prosesini şəffaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edir: “Bu günə qədər işə qəbulla bağlı 174 570 müraciət daxil olub. 3 889 vakansiya elan edilib, 54 199 vakansiya təsviri formaya uğun ilkin seçim aparılıb”. 

X. Məmmədov vurğulayıb ki, onlardan 32 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 500 müsabiqə təşkil edilib: “Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub”.