YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın “Antalya Ekspo 2016”da uğurla təmsil olunması Türkiyə üçün çox önəmlidir

“Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində Azərbaycan milli pavilyonunun qurulmasından böyük qurur hissi keçiririk. Burada əldə olunan nailiyyət bir daha göstərdi ki, hər birimiz ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını öz işimizlə yaşatmağa çalışırıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kök deyib. O bildirib ki, Azərbaycanın bu sərgidə uğurla təmsil olunması Türkiyə üçün çox önəmlidir. Əminik ki, altı ay ərzində Azərbaycan bu sərgidə təmsil olunmaqla yeni bir beynəlxalq layihəyə məharətlə imza atacaq. Azərbaycanın biomüxtəlifliyinin, zəngin tarixinin, qədim mədəniyyətinin, gözəl təbiətinin, əvəzsiz sənət nümunələrinin təbliğ olunması Türkiyədə böyük sevinclə qarşılanır. Çox şadıq ki, Azərbaycan tərəfi “Antalya Ekspo 2016” sərgisinin imkanlarından bu cür bəhrələnmək imkanı əldə etdi.