YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Memar Zaha Hadid: Heydər Əliyev Mərkəzinin layihəsinin reallaşmasına görə Azərbaycan Prezidentinə minnətdaram

İyunun 30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunmuşdur.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.

Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid mərasimdə çıxış edərək bu memarlıq nümunəsinin layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mükafatlandırılma mərasimində iştirakına görə minnətdarlığını çatdıran Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin həm layihəsi, həm də fəaliyyəti ilə fərqləndiyini xüsusi vurğulamışdır.

London Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən etmişdir. Müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin binası seçilmişdir. Dizayn Muzeyi tərəfindən yeddinci dəfədir ki, təsis olunan illik mükafat bu il bəzi ilklərə də imza atmışdır Belə ki, Dizayn Muzeyi artixektura sahəsində ilk dəfə nominasiya elan etmiş və bu mükafata ilk dəfədir ki qadın namizəd sahib olmuşdur.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılmışdır. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektura müəllifi kimi tanınır.

DİGƏR Xəbərlər Arxiv