YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Özəl bölmədə əldə olunan uğurlar sahibkarlara yüksək səviyyədə dəstək verildiyinin əyani şəkildə təsdiqidir

«Son illərdə özəl bölmədə əldə olunan uğurlar respublikamızda sahibkarlara yüksək səviyyədə dəstək verildiyinin əyani şəkildə təsdiqidir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

 İ.Məmmədov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Onun sözlərinə görə, ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb.

«2015-ci ildə ÜDM-in həcmində özəl sektorun payı 81,2 faiz təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizə yüksəlib. Artıq Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 677231 vahidə çatıb. Hazırda bütün dünyada müşahidə edilən mənfi tendensiyaların, obyektiv və müəyyən siyasi-manipulyativ məqsədlərlə yaradılan çətinliklərin fonunda milli dövlətlər üçün yaranan yeni qlobal çağırışlardan biri də daxili resurslardan, o cümlədən də özəl bölmənin potensialından daha səmərəli istifadə edilməsi zərurəti ilə bağlıdır. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən biznes mühitinin optimallaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə, investisiyaların təşviq edilməsinə, gömrük nəzarətinin sadələşdirilməsinə, ixracın stimullaşdırılmasına yönələn mühüm qərarlar qəbul edilib, bir sıra Fərman və sərəncamlar imzalanıb. Dövlət başçısının siyasi iradəsi əsasında alınan bütün bu qərarlar respublikamızın zəngin iqtisadi potensialından, o cümlədən də özəl bölmənin gücündən səmərəli şəkildə bəhrələnməklə Azərbaycanın yeni iqtisadi şəraitdə də davamlı inkişafını təmin etməyə hesablanıb»- deyə, İ.Məmmədov qeyd edib.