YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan insan haqlarına və demokratik prinsiplərə daim xüsusi münasibət göstərir

«Bəzi qüvvələr insan hüquqları məsələsindən istifadə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə cəhd edirdilər. Onların insan hüquqlarının müdafiəsi pərdəsi altında təzyiq cəhdləri gözümüzün qabağında olub, lakin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə Prezidentinin mütəmadi olaraq imzaladığı əfv fərmanları həmin qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbayanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, ümumiyyətlə, insan hüquqları ilə bağlı daim problemlər mövcud olub, bu gün də var. Onun sözlərinə görə, bu səbəbdən də bütün dövlətlər insan hüquqları məsələsini, bu yöndəki problemləri daim təhlil etməli və nəzərə almalıdır.

«Azərbaycan insan haqlarına, qanunun aliliyinə, demokratik prinsiplərə xüsusi münasibət göstərib, göstərir və bundan sonra da göstərəcək. Buna növbəti bir sübut bu yaxınlarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı təşəbbüs irəli sürməsidir. Respublika Günü ərəfəsində, mayın 20-də Milli Məclis amnistiya aktını təsdiqləyərək 10 min adama həmin aktı şamil etdi. Azərbaycanda insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqlarından - bu ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir»- deyə, komitə sədri vurğulayıb.