YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Neftin qiymətinin azalması iqtisadiyyata mənfi təsirini göstərsə də, bu təsirlər minimuma endirilib

Milli Məclisin bu gün keçirilən iclasında “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu illərdən biri olduğunu bildirib. O deyib ki, ötən il dövlətimizin başçısının müəyyən etdiyi hədəflər, inkişaf strategiyası uğurla yerinə yetirilib: «Qlobal iqtisadi çətinliklərə baxmayaraq, ölkədə sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan iqtisadi siyasəti yüksək qiymətləndirilməlidir».

 Komitə sədri bildirib ki, neftin qiymətinin 3 dəfədən çox azalması onun iqtisadiyyatına da öz mənfi təsirini göstərsə də, bu təsirlər minimuma endirilib. Onun sözlərinə görə, 2015-cı ildə iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir:  "2015-ci ilin büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi- gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Hələlik dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015 də 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək. Ümid edirəm ki, yaxın gələcəkdə Qəbələ də datasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Ötən il dövlət büdcəsini kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozadan artıq olmayıb ki, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir".

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.