YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun: Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir

“Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.” Bu sətirlər Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Respublika Günü münasibətilə təbrikində yer almışdır. 

Təbrikdə daha sonra qeyd olunur ki, BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır. Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram.

 

DİGƏR Xəbərlər Arxiv