YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RAGB-nin sədrin Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada hərbi-vətənpərvərlik oyunları keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə sağlam həyat tərzinin və gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği çərçivəsində Moskvada Respublika Gününə həsr edilmiş hərbi-vətənpərvərlik oyunları keçirilib.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev oyunların açılışında çıxış edib. O, RAGB-nin sədri Leyla Əliyevanın adından yarışların iştirakçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

E.Hacıyev bu cür tədbirlər keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələr bir daha göstərdi ki, gənclər öz tarixi Vətənini müdafiə etmək üçün hər zaman fiziki cəhətdən hazır olmalıdırlar. Sonda E. Hacıyev bu oyunların keçirilməsinə göstərilən dəstək üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə və Moskva şəhəri Mədəniyyət Departamentinə təşəkkür edib.

Turnirin həmtəşkilatçısının – “Xalqların qardaşlığı” Gənclərin Vətənpərvərlik Tərbiyəsi Mərkəzinin rəhbəri Yuri Afanasyev çıxışında Azərbaycan və Rusiya gəncləri arasında dialoqun əhəmiyyətini vurğulayıb.

Ön üç komandanın iştirak etdiyi turnir məntiqi məsələlərlə yanaşı, güc tətbiq olunmsını tələb edən 21, o cümlədən tapançanın sökülməsi və yığılması, hərbi təchizat və avtomatla qaçış, qumbara atılması, təcili tibbi yardım göstərilməsi, yaralının daşınması və s. kimi mərhələlərdən ibarət olub. Diqqətəlayiqdir ki, bütün komandalar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın milli qəhrəmanlarının adlarını daşıyırdı.

Oyunların yekunlarına görə, Rusiya Dövlət İdarəçilik Universitetinin və N.İ.Piroqov adına Rusiya Elmi-Tədqiqat Tibb Universitetinin birləşmiş komandası qalib gəlib. İkinci və üçüncü yerləri, müvafiq olaraq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Moskva Dövlət Pedaqoji Universitetinin və “Ali İqtisad məktəbi” Milli Tədqiqat Universitetinin komandaları tutublar. Komandalara “Sıx birliyə görə”, “Qələbə əzminə görə”, “Silahla rəftara yiyələnməyə görə” nominasiyalarında mükafatlar, həmçinin xatirə diplomları təqdim edilib.

Oyunlar Moskva ali məktəblərinin Azərbaycan klublarının fəal üzvlərinin ifasında milli rəqslərlə müşayiət olunub.

 

DİGƏR Xəbərlər Arxiv