YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial var

Mayın 27-də Bakıda İqtisadiyyat Nazirliyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək” (SIBA) layihəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda institusional quruculuq” mövzusunda konfrans keçirilir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların olduğunu deyib. Nazir müavini qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47 faiz, 2016-cı ilin birinci rübündə isə 43 faiz olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.