YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə mayın 26-da Müdafiə Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qonaqlara Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə ətraflı məlumat verilib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.