YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycanda elektron elm inkişaf edir və elmi müəssisələrin prioritetləri yenilənir

«Azərbaycanda elektron elm inkişaf edir və elmi müəssisələrin prioritetləri yenilənir». Bu fikri akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunan nailiyyətlərə əsaslanmalıdır. Onun sözlərinə görə, innovativ texnologiyaların geniş tətbiqi vacib şərtlərdən biridir.

«İKT-nin müxtəlif sahələrdə, o cümlədən tibbdə tətbiqi Prezident İlham Əliyev tərəfindən prioritet məsələ kimi müəyyənləşdirilib. Dövlətimizin başçısının rəhbərliyi və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkədə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub»- deyə, akademik vurğulayıb.