YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB ölkələrinin antiterror bölmələrinin və xüsusi xidmətlərinin rəhbərlərinin iclası keçiriləcək

Mayın 31-dən iyunun 2-dək Belarusun paytaxtında MDB üzvü olan dövlətlərin təhlükəsizlik orqanlarının antiterror bölmələrinin və xüsusi xidmətlərinin rəhbər heyətinin toplantısı keçiriləcək. Bu barədə təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı MDB üzvü olan dövlətlərin antiterror mərkəzidir (MDB ATM).

Toplantı çərçivəsində MDB üzvü olan dövlətlərin “Kiber-Antiterror-2016” birgə antiterror təliminin birinci mərhələsinə yekun vurulacaq, təlimin son fazası – strateji əhəmiyyətli obyektdə (Lukomol DRES) girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması üzrə əks-terror əməliyyatı keçiriləcək, Birlik ölkələrinin elmi birliyinin nümayəndələrinin iştirakı ilə MDB ATM yanında Elmi-Məşvərət Şurasının iclası olacaq.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin səlahiyyətli orqanlarının, MDB İcraiyyə Komitəsinin, Müdafiə Nazirləri Şurasının Katibliyinin, Sərhəd Qoşunları Komandanlarının Əlaqələndirmə Şurasının, Maliyyə-Kəşfiyyat Bölmələrinin Rəhbərləri Şurasının, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni əlaqələndirmə bürosunun, Dövlətlərarası Aviasiya Komitəsinin, regional və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv